Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb
İqtisadiyyat

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Email 20

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib.

“Qasid Media”nın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində dəfə, kəmiyyət olaraq 38 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

2026-cı ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 165 milyon ABŞ dolları dəyərində 1 milyon 217 min 413 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 38 % və 8,3 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 301 milyon ABŞ dolları dəyərində 403,5 min ton, Türkiyədən 171,4 milyon ABŞ dolları dəyərində 140 min ton, Rumıniyadan 155 milyon ABŞ dolları dəyərində 160 min ton, Bolqarıstandan 110 milyon ABŞ dolları dəyərində 105 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyonton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər