Shopping cart

  • Home
  • Dünya
  • Meksikada Uruapan merinin qətli ilə əlaqəli qruplaşmanın lideri saxlanılıb
Dünya

Meksikada Uruapan merinin qətli ilə əlaqəli qruplaşmanın lideri saxlanılıb

Email 24

Meksikanın hüquq-mühafizə orqanlarının əməkdaşları Miçoakan ştatının Uruapan şəhərinin meri Karlos Mansonun qətli ilə əlaqəsi olan cinayətkar qruplaşmanın liderini saxlayıblar.

“Qasid Media” xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Xarfuş bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs orderi əsasında Aleksis “N”i Xalisko ştatının Sapopan şəhərində saxlayıblar. Nazir qeyd edib ki, əməliyyat yerli hakimiyyət orqanları və ştatın qubernatoru ilə əməkdaşlıq şəraitində keçirilib.

Xarfuş bildirib ki, Aleksis “N” Uruapanda cinayətkar qruplaşmanın regional operatoru olub. O, merin qətlinin təşkilatçılarından biri hesab edilən Xorxe Armandonun həbsindən sonra qruplaşmaya rəhbərlik edib.

Nazirin sözlərinə görə, Aleksis “N”in saxlanılmasından sonra Karlos Mansonun qətli ilə əlaqədar həbs edilənlərin ümumi sayı 32 nəfərə çatıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər