Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
İdman

Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib

Email 27

Azərbaycan paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

“Qasid Media” xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

S12 kateqoriyasında çıxış edən R.Salei təsnifat mərhələsində 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24,70 saniyə nəticə ilə həlledici mərhələyə adlayıb.

S10 kateqoriyasında yer alan yeniyetmə paraüzgüçü Əli Vəliyev isə 400 metr məsafəyə sərbəs üsulla üzməkdə birbaşa finalda yarışacaq.

Qeyd edək ki, yarışın ilk iki günündə təcrübəli paralimpiyaçı Raman Salei 100 metr məsafəyə arxasıüstə üzməkdə (1:03.55) 4-cü, 100 metr məsafəyə kəpənək (“butterfly”) üsulunda (59,18) isə 5-ci pillədə qərarlaşıb.

Əli Vəliyev isə 200 metr məsafəyə qarışıq üsulla üzməkdə (2:32.99) finalı 8-ci pillədə başa vurub.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər