Email 26
Gəncədə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər evə buraxılıb.
“Qasid Media” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində üç nəfər (bir qadın, iki kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.










