Shopping cart

  • Home
  • İdman
  • “Bayquşlar” tarix yazmağa hazırlaşırlar: Çempionlar Liqasında rəqib “Orhus”dur
İdman

“Bayquşlar” tarix yazmağa hazırlaşırlar: Çempionlar Liqasında rəqib “Orhus”dur

Email 19

Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

“Qasid Media” xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi “Orhus”un qonağı olacaq.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.

Randers stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, “Sabah” əvvəlki təsnifat mərhələlərində Uels təmsilçisi TNS və Finlandiyanın “KuPS” komandalarını mübarizədən kənarlaşdıraraq III təsnifat mərhələsinə yüksəlib.

“Bayquşlar” iki oyunun nəticəsinə əsasən “Orhus”u üstələyəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsind “Hapoel Beer-Şeva” (İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 11-də Bakıda keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər