Shopping cart

  • Home
  • Dünya
  • Yunanıstan işgüzar dairələrini AFEZ-in imkanları barədə məlumatlandırmaq istəyir
Dünya

Yunanıstan işgüzar dairələrini AFEZ-in imkanları barədə məlumatlandırmaq istəyir

Email 28

Yunanıstan Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərinin öyrənilməsinə maraq göstərir.

“Qasid Media” xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfiri Mariya Papakonstantinunun Ələt Azad İqtisadi Zonası (AFEZ) administrasiyasının rəhbərliyi ilə görüşündən sonra məlum olub.

Danışıqlar zamanı AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov zonanın normativ-hüquqi bazası, istismara verilmiş xarici və daxili infrastruktur obyektləri, mühəndis-kommunikasiya şəbəkələri ilə təchiz edilmiş sənaye təyinatlı torpaq sahələri, fiskal və qeyri-fiskal güzəştlər paketi, eləcə də fəaliyyətdə olan nəqliyyat-logistika mərkəzləri barədə məlumat verib.

Öz növbəsində, M.Papakonstantinu unikal hüquqi bazanın və tam hazır infrastrukturla təmin edilmiş sənaye təyinatlı ərazilərin potensial investorlar üçün yüksək cəlbediciliyini qeyd edib. O, həmçinin AFEZ-in təqdim etdiyi investisiya perspektivləri barədə məlumatlılığın artırılması və potensial əməkdaşlığın intensivləşdirilməsi məqsədilə Zona haqqında məlumatların Yunanıstanın müvafiq biznes dairələri və potensial investorlar, xüsusilə əczaçılıq sənayesi, bərpa olunan enerji və yüksək əlavə dəyərə malik digər sektorlarda fəaliyyət göstərənlər arasında yayılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər