Shopping cart

  • Home
  • Gündəm
  • Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Gündəm

Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Email 26

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

“Qasid Media”nın məlumatına görə, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Rayonun Bəxtiyar Vahabzadə, Məhəmməd Hüseyn Şəhriyar, Süleyman Dadaşov, Şəfayət Mehdiyev küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər