Email 16
Xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qasid Media”nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda hökm oxunub, S.Babazadə 1 il 6 ay sınaq müddəti tətbiq olunmaqla 3 il azadlıqdan şərti məhrum edilib.
Xatırladaq ki, prokuror onun 5 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.










