Shopping cart

  • Home
  • Dünya
  • Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək
Dünya

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Email 4

Yaponiyada 300 minə yaxın şəxs təxliyə ediləcək.

“Qasid Media” xəbər verir ki, bu barədə “Sky News” telekanalı Yaponiyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, daha əvvəl zəlzələnin baş verdiyi Kyuşu adasında afterşoklar davam edir. Bunun nəticəsində ada sakinləri təxliyə mərkəzlərinə köçməli olacaqlar.

Telekanalın məlumatına görə, bu ərazidə xilasetmə əməliyyatlarının aparılması üçün yüzlərlə əsgər göndərilib.

Xatırladaq ki, bu gün – iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Azı bir nəfərin həlak olduğu və 100-dən çox insanın xəsarət aldığı bildirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər