Email 16
Xaçmaz rayonunda avtomobil iki məktəblini vurub.
“Qasid Media”nın məlumatına görə, hadisə Xaçmaz şəhərinin Dağıstan küçəsində qeydə alınıb.
“Opel-Astra” markalı minik avtomobili küçədə velosiped sürən 2012-ci il təvəllüdlü K.Mustafayevi və onun qardaşı, 2016-cı il təvəllüdlü R.Mustafayevi vurub. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır








