UEFA Millətlər Liqasında qrup mərhələsinə start verilib.
“Qasid Media”nın məlumatına görə, ilk olaraq A, B, və D qruplarında matçlar keçirilib.
Azərbaycan millisinin yer aldığı D Liqasının II qrupunda Lixtenşteyn və Litva komandaları üz-üzə gəlib.
A Liqasının II qrupunda Niderland Almaniya ilə, IV qrupunda isə Portuqaliya Uelslə münasibətlərə aydınlıq gətirib.
UEFA Millətlər Liqası
I tur
A Liqası, II qrup
Niderland – Almaniya 1:1
Serbiya – Yunanıstan 1:2
IV qrup
Portuqaliya – Uels 1:0
Norveç – Danimarka 3:2
B Liqası, III qrup
Avstriya – İsrail 3:1
Kosovo – İrlandiya 1:0
D Liqası, I qrup
Andorra – Malta 1:2
II qrup
Lixtenşteyn – Litva 0:2
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.










