Email 33
“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
“Qasid Media”nın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq.Qarşılaşma “Park Holl” stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.










