Shopping cart

  • Home
  • Hadisə
  • Türkiyədə yük avtomobili nəqliyyat vasitələrinə çırpılıb, ölən və yaralananlar var
Dünya

Türkiyədə yük avtomobili nəqliyyat vasitələrinə çırpılıb, ölən və yaralananlar var

Email 15

Türkiyənin Konya vilayətində yük avtomobili qırmızı işıqda dayanan nəqliyyat vasitələrinə çırpılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin məlumata görə, Konya istiqamətində hərəkət edən yük avtomobilinin əyləci sıradan çıxıb. Nəticədə sürücü idarəetməni itirib və qarşı hərəkət zolağına keçərək işıqforda gözləyən iki minik, bir yüngül kommersiya və digər yük avtomobilinə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və polis əməkdaşları cəlb edilib.

Yaralılar sıxışıb qalan avtomobillərdən çıxarıldıqdan sonra xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər