Shopping cart

  • Home
  • Dünya
  • Türkiyədə son sutkada baş verən 169 yanğından 163-ü söndürülüb
Dünya

Türkiyədə son sutkada baş verən 169 yanğından 163-ü söndürülüb

Email 12

Türkiyədə son sutka ərzində ölkə üzrə 169 yanğına müdaxilə olunub, onlardan 110-u meşə ərazilərindən kənarda baş verib.

“Qasid Media” xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “X” sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, baş vermiş yanğınlardan 163-ü tam nəzarət altına alınıb.

“Son olaraq Antalya vilayətinin Kaş və Isparta vilayətinin Eğirdir rayonlarında qeydə alınan yanğınlar da söndürülüb. Hazırda 5 vilayətdə 6 yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Mersinin Gülnar və Muğlanın Seydikemer rayonlarında yanğınlar böyük ölçüdə nəzarət altına alınıb”, – məlumatda qeyd olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər