Shopping cart

  • Home
  • ABŞ
  • Tramp ABŞ-də aralıq seçkilərdən sonra İrana yeni zərbələr endiriləcəyini istisna etməyib
ABŞ

Tramp ABŞ-də aralıq seçkilərdən sonra İrana yeni zərbələr endiriləcəyini istisna etməyib

Email 30

ABŞ Prezidenti Donald Tramp ölkədəki aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa olunması imkanını mümkün hesab edib.

“Qasid Media” xəbər verir ki, bu barədə o “Time” jurnalına müsahibəsində bildirib.

“Mümkündür”, – Tramp belə bir variantı nəzərdən keçirib-keçirmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

Bununla belə, ABŞ Prezidenti zərbələrin mümkün hədəflərini dəqiqləşdirməyib və bu məsələnin faktiki olaraq hərbi əməliyyat planlarına aid olduğunu qeyd edib.

Silah ehtiyatlarından danışan Tramp bildirib ki, ABŞ son altı ay ərzində onların həcmini artırıb. Onun sözlərinə görə, ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası Ukraynaya xeyli miqdarda döyüş sursatı verib.

Tramp bəzi döyüş sursatı növlərinin ehtiyatlarının həqiqətən də digərlərinə nisbətən bir qədər aşağı səviyyədə olduğunu bildirib. Eyni zamanda, onun sözlərinə görə, digər silah növlərinin ehtiyatları kifayət qədərdir.

ABŞ Prezidenti əlavə edib ki, ölkənin müdafiə şirkətləri silah istehsalını artırmağa davam edir. Onun sözlərinə görə, “Raytheon” və digər şirkətlər bütün ölkə boyu yeni zavodlar tikir və gecə-gündüz işləyirlər.

“Biz ehtiyatlarımızı misilsiz səviyyədə doldururuq”, – Tramp vurğulayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər