Shopping cart

  • Home
  • Dünya
  • Tehranda Əli Xamenei ilə bağlı keçirilən mərasimdə ailə üzvləri və rəsmilər iştirak edib
Dünya

Tehranda Əli Xamenei ilə bağlı keçirilən mərasimdə ailə üzvləri və rəsmilər iştirak edib

Email 46

Xarici KİV-in yaydığı məlumata görə, Tehranda Əli Xamenei ilə bağlı dini mərasim keçirilib.

Bildirilir ki, bazar günü yerli vaxtla saat 08:00-da İmam Xomeyni adına müsəllahda cənazə namazı qılınıb. Namaza ayətullah Sobhani rəhbərlik edib.

Məlumata əsasən, Xameneinin oğulları Mustafa, Məsud və Meysəm Xamenei uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq mərasimdə ön sıralarda yer alıblar.

Tədbirdə İran Prezidenti Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ecei, parlamentin sədri Məhəmməd Bağır Qalibaf, eləcə də digər dövlət rəsmiləri və çoxsaylı vətəndaş iştirak ediblər.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar xarici media orqanlarının yaydığı informasiyalara əsaslanır və rəsmi mənbələr tərəfindən təsdiqlənməsi vacibdir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər