Email 19
“Səda TV” internet televiziyasının rəhbəri Elnur Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onun barəsində daxil olan şikayət əsasında hüquq-mühafizə orqanları tərəfindən tədbir görülüb. Elnur Şükürova Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 188.1-ci (torpaq sahəsini qanunsuz zəbt etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elnur Şükürov bir neçə il əvvəl rüşvət alma və dələduzluq ittihamları ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il cəzasını başa vuraraq azadlığa çıxıb.







