Shopping cart

  • Home
  • Hadisə
  • Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
Hadisə

Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb

Email 23

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qasid Media”nın məlumatına görə, hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl şəhərin 10-cu mikrorayon ərazisində də avtomobilin piyadanı vuraraq öldürdüyünə dair məlumat verilmişdi.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər