Email 34
“Sabah” komandasını İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda 300-ə yaxın azarkeş dəstəkləyəcək.
“Qasid Media” xəbər verir ki, bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford”da start götürəcək.










