Email 99
“Sabah” fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.
“Qasid Media”nın məlumatına görə bu barədə Bakı klubundan məlumat verilib.
20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer olunub.
A.Maluda ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.










