Shopping cart

  • Home
  • Hadisə
  • Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Hadisə

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Email 13

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib.

“Qasid Media” Gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib.

44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb. O, meşədə yırtıcının hücumuna məruz qalıb.

Növbəti gün həlak olan şəxsin 46 yaşlı tanışı kişini axtarmağa gedib, lakin o da yırtıcının hücumuna məruz qalaraq həyatını itirib. Sonradan onların meyitləri hadisə yerində tapılıb.

Hücum edən yırtıcı zərərsizləşdirilib. Hazırda İstintaq Komitəsinin mütəxəssisləri hadisənin təfərrüatını araşdırırlar.

Qurum yerli sakinləri ayıların fəallıq dövründə özlərini əsassız riskə atmamaq üçün meşələrə getməməyə çağırıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər