Shopping cart

  • Home
  • İdman
  • Reşford “Barselona” ilə vidalaşdı
İdman

Reşford “Barselona” ilə vidalaşdı

Email 21

Hücumçu Markus Reşford sosial şəbəkələrdə yeni paylaşım edib. O, “Barselona” ilə vidalaşıb.

“Qasid Media” xəbər verir ki, ingilis futbolçu Kataloniya klubunda icarə əsasında çıxış edirdi. İcarə müddəti başa çatdıqdan sonra Reşford “Mançester Yunayted”ə qayıdır.

“Burada keçirdiyim vaxtın mənim üçün belə müsbət və unudulmaz təcrübəyə çevrilməsinə görə klubdakı hər kəsə çox minnətdaram. Mən hər andan zövq aldım və özümlə bir çox gözəl xatirələr aparıram. Kluba və onun bütün azarkeşlərinə gələcək mövsümdə uğurlar və böyük nailiyyətlər arzulayıram”, – deyə Reşford üzərində soyadı yazılmış “Barselona” formasının fotosunu paylaşaraq bildirib.

Qeyd edək ki, ötən mövsüm Reşford “Barselona”nın heyətində bütün turnirlərdə 49 oyunda iştirak edib. O, 14 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis futbolçu klubun heyətində İspaniya çempionu olub və ölkə kubokunu qazanıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər