Shopping cart

  • Home
  • İdman
  • Rafael Benites Əlcəzair millisinin baş məşqçisi ola bilər
İdman

Rafael Benites Əlcəzair millisinin baş məşqçisi ola bilər

Email 19

İspaniyalı mütəxəssis Rafael Benites Əlcəzair millisinin baş məşqçisi postuna namizəddir.

“Qasid Media” xarici mediaya istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis bu vəzifədə 29 aylıq fəaliyyətdən sonra istefaya göndərilən Vladimir Petkoviçi əvəz edə bilər.

Əlcəzair Futbol Federasiyası təcrübəli mütəxəssisi əsas namizəd hesab edir. Qısa siyahıda həmçinin Joze Pezeyru və Roberto Martines də yer alıblar.

R.Benitesin son iş yeri 2026-cı ilin mayında ayrıldığı Yunanıstanın “Panatinaikos” klubu olub. İspaniyalı məşqçi əvvəllər yalnız klub səviyyəsində fəaliyyət göstərib.

Qeyd edək ki, Əlcəzair yığması DÇ-2026-nın qrup mərhələsində 4 xal toplayaraq pley-offa yüksəlib və 1/16 finalda İsveçrəyə 0:2 hesabı ilə məğlub olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər