Shopping cart

  • Home
  • Nəqliyyat
  • Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib
Nəqliyyat

Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib

Email 7

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisi başa çatıb.

“Qasid Media” xəbər verir ki, bi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində istismar müddətini başa vurmuş köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü tikilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək inşa edilib.

Tikinti işləri zamanı körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma yolları abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər zəruri yol infrastrukturu elementləri quraşdırılıb.

Yeni avtomobil körpüsü artıq nəqliyyat vasitələrinin istifadəsinə verilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər