Shopping cart

  • Home
  • İdman
  • “Qarabağ” klubu 6 000 manat cərimələnib
İdman

“Qarabağ” klubu 6 000 manat cərimələnib

Email 26

Misli Premyer Liqasının IX turunun “Sabah” – “Qarabağ” matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oyun zamanı “Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün “Qarabağ” klubu 6 000 manat cərimə olunub.

Bundan başqa, görüş zamanı “Qarabağ” fanatları stadionda 27 ədəd skamya sındırıblar. Bu səbəbdən stadiona dəymiş zərərin Ağdam təmsilçisi tərəfindən qarşılanması haqqında qərar çıxarılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər