Email 39
“Qarabağ-2″nin məşqçisi Muarem Zekiri dörd oyunluq cəzalanıb.
“Qasid Media” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Mütəxəssis Əvəzedicilər Liqasının V turunda, “Zirə” ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir edib.
Birbaşa qırmızı vərəqə alan M.Zekir 4 oyunluq cəza ilə üzləşib. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.










