Shopping cart

  • Home
  • Dünya
  • Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
Dünya

Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir

Email 25

ABŞ Hörmüz boğazında bir neçə gəminin keçidinə şərait yaratmağa çalışır, lakin İran silahlı qüvvələrinin müqaviməti ilə qarşılaşır.

“Qasid Media” ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Düşmənin ölkəmizə son zərbələri bizim Hörmüz boğazındakı gücümüzün tətbiqinə görədir və biz düşmənin bu hücumuna sarsıdıcı cavab verdik”, – o bildirib və əlavə edib ki, boğaz İranın nəzarətindədir.

Qalibafın sözlərinə görə, ABŞ İslamabad Anlaşma Memorandumuna zidd olaraq Hörmüz boğazının cənub marşrutundan keçmək istəyir: “Lakin biz buna icazə verməyəcəyik.

İranın boğaz üzərindəki idarəçiliyinin tətbiqi beynəlxalq qanunlarla heç bir ziddiyyət təşkil etmir”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər