Shopping cart

  • Home
  • İdman
  • Qabriel Martinelli “Əl-Hilal”ın maraq dairəsinə düşüb
İdman

Qabriel Martinelli “Əl-Hilal”ın maraq dairəsinə düşüb

Email 45

İngiltərənin “Arsenal” klubunun braziliyalı vingeri Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“Qasid Media” insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin cinah hücumçusu mövqeyi üçün hazırladığı 3 nəfərlik namizəd siyahısına braziliyalı futbolçu da daxil edilib.

Siyahıda yer alan oyunçulardan biri İngiltərənin “Çelsi” klubunda çıxış edən portuqaliyalı Pedru Netudur. Q.Martinelli karyerasını Avropada davam etdirməyə üstünlük versə də, “Əl-Hilal” onu prioritet seçəcəyi təqdirdə təklifi dəyərləndirə bilər.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və Türkiyənin “Qalatasaray” klubları da hücumçu ilə maraqlansalar da, o, İstanbul təmsilçisinin təklifini rədd edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər