Shopping cart

Azərbaycanda I yarımildə 100 minə yaxın pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

Bu ilin yanvar-iyun aylarında 97 208 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. “Qasid Media” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onlardan 22 690-ı pensiya, 65 564-ü müavinət və 8 954-ü təqaüd təyinatıdır.

Read More

Bakıda dünəndən başlayan güclü külək 48 ağacı aşırıb, 63 budaq sınıb

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb. “Qasid Media” xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib. Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.

Read More

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. “Qasid Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Read More

Laçında səyyar “ASAN xidmət” təşkil olunub

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti səyyar “ASAN xidmət” Laçın şəhərində təşkil edilib. “Qasid Media” xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, iyulun 30-na qədər vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük

Read More

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Yəmən husiləri Səudiyyə Ərəbistanının şərqini Qırmızı dənizdəki ən mühüm neft ixracı qovşağı olan Yanbu ilə birləşdirən xam neftin tədarükü və nəqli üzrə bir sıra mühüm obyektlərə zərbələr endiriblər. “Qasid Media” xəbər verir ki, bu barədə “Reuters” hüsilərin nümayəndəsi Yəhya Sariaya istinadən məlumat yayıb. Onun sözlərinə görə,

Read More

Qəzzada HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb

İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidməti Qəzzanın mərkəzi hissəsinə endirilən zərbələr zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. “Qasid Media” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, xidmət rəhbəri Vael Musa Xaled Ladavi Qəzza zolağındakı Deyr əl-Bələh bölgəsindəki düşərgələrdən birində gizlənirdi.

Read More

“Turan Tovuz” yoxlama oyununda Türkiyə klubu ilə qarşılaşıb

“Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Qasid Media” xəbər verir ki, I Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 1:1 hesablı heç-heçəyə razılaşıb. “Turan Tovuz”un yeganə qoluna İbrahima Vadji imza atıb. Qeyd edək ki, Tovuz komandası daha əvvəl İranın 21

Read More

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müzakirə ediblər. “Qasid Media”  xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib. N.Paşinyan vurğulayıb ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi bazasına və

Read More

Lekornyu: Fransada meşə yanğınları səbəbindən 116 hektardan çox ərazi yanıb

Fransada 13 566 yanğın hadisəsi qeydə alınıb və artıq 116 085 hektar ərazi yanıb. “Qasid Media” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastyen Lekornyu “X” sosial şəbəkəsində yazıb. “Yanğınlarla mübarizə profilaktikadan başlayır. Hər 10 yanğından 9-u insan fəaliyyətinin nəticəsində yaranır və onların əksəriyyəti ehtiyatsızlıqdan

Read More

Valdas Dambrauskas: “KuPS”la ilk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verir”

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”la oyununun favoriti hesab oluna bilər. “Qasid Media”nın məlumatına görə, bu barədə “bayquşlar”ın çalışdırıcısı Valdas Dambrauskas sözügedən oyundan öncə mətbuat konfransında bildirib. Mütəxəssis sabah səfərdə çətin oyuna çıxacaqlarını bildirib: “Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk

Read More