Email 10
Ömər Rəcəbli dünya çempionatında bürünc medal uğrunda tatamiyə çıxıb.
“Qasid Media” xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Qazaxıstan təmsilçisi Abilayxan Zubanazarla üz-üzə gəlib.
Cüdoçumuz rəqibini ipponla məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, bu, Ömər Rəcəblinin dünya çempionatları tarixində qazandığı ilk medaldır.
Beləliklə, Azərbaycan millisi davam edən dünya çempionatında medallarının sayını üçə çatdırıb. Yığmanın hesabında 1 qızıl və 2 bürünc medal var.










