Shopping cart

  • Home
  • Hava
  • Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq
Hava

Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq

Email 35

Otyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

“Qasid Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 5-dək ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Oktyabrın 2-3-də ölkənin bəzi yerlərində qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər