Shopping cart

  • Home
  • Hadisə
  • Nepalda qar uçqunu nəticəsində yeddi nəfər ölüb
Hadisə

Nepalda qar uçqunu nəticəsində yeddi nəfər ölüb

Email 24

Nepalın Mananq dairəsindəki Himlunq dağında axtarış-xilasetmə əməliyyatı zamanı üç gün əvvəl qar uçqunu nəticəsində həlak olan yeddi nəfərin meyiti tapılıb.

“Qasid Media” The Kathmandu Post”a istinadən xəbər verir ki, doqquz nepallı hələ də itkin düşmüş sayılır.

Qeyd edilib ki, hadisə günü, sentyabrın 27-də şerplər və köməkçi personal daxil olmaqla, 16 nəfərlik qrup alpinistlərin gəlişi üçün düşərgə hazırlayır və marşrut çəkirdi. Nəşrin məlumatına görə, həlak olanların meyitləri düşərgədən dairənin inzibati mərkəzi olan Çameyə çatdırılıb və oradan ekspertizaya göndəriləcək.

Qeyd olunan ərazidə axtarış-xilasetmə işləri davam edir. Nepal Milli Dağ Bələdçiləri Assosiasiyasının (NNMGA) məlumatına görə, əməliyyata beşdən çox təcrübəli bələdçi-alpinist cəlb olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər