Shopping cart

  • Home
  • Hadisə
  • Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Hadisə

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb

Email 24

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974 nəfərə çatıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Nepal polisinin son rəqəmlərinə istinadən məlumat yayıb.

Yerli vaxtla 31 avqust saat 20:00-a (Bakı vaxtı ilə 18:15) olan məlumata görə, təbii fəlakət qurbanlarının sayı 974 nəfərə çatıb.

Təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumata görə, daşqına Çinlə sərhəddə baş verən uçqun səbəb olub. Güclü su, palçıq və dağ süxurları axını çay yatağı boyunca böyük sürətlə 70 km-dən çox məsafəni qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər