Email 29
Bu ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında 791,5 min manat dəyərində kağız və karton istehsal olunub.
“Qasid Media” xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 % çoxdur.
İstehsal həcminin artması muxtar respublikada sənayenin inkişaf dinamikasının müsbət istiqamətdə davam etdiyini göstərir.










