Shopping cart

  • Home
  • Uncategorized
  • Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 17 % artıb
İqtisadiyyat

Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 17 % artıb

Email 14

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 419 min manat vəsait daxil olub.

“Qasid Media” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Bundan başqa, yanvar-iyun aylarında Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 110 yeni müqavilə bağlayıb. Bunlardan 79-u qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. Həmçinin 134 icarə müqaviləsinin müddəti uzadılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər