Shopping cart

  • Home
  • Uncategorized
  • Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
Uncategorized

Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib

Email 47

İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə beşinci pilləyə yüksəlib.

“Qasid Media” xəbər verir ki, Mbappe turnirin ümumi mərhələsinin ikinci turunda İtaliyanın “Roma” klubuna qarşı keçirilən matçda 72-ci qolunu vurub.

Bununla da fransalı futbolçu ispaniyalı Raulun göstəricisini (71 qol) geridə qoyub.

Çempionlar Liqasının tarixində ən çox qol vuran futbolçu portuqaliyalı Kriştianu Ronaldudur. O, hesabına 140 qol yazdırıb. İlk beşlikdə argentinalı Lionel Messi (129), polşalı Robert Levandovski (109) və fransalı Kərim Benzema (90) da yer alır.

Bundan başqa, 27 yaşlı Mbappe Çempionlar Liqasında 100 oyun keçirən ən gənc futbolçu olub. O, bu göstəriciyə Messidən bir yaş tez – 27 yaşında çatıb. Argentinalı futbolçu əvvəlki rekordu 28 yaşında müəyyənləşdirib.

Mbappe 2024-cü ildən “Real Madrid”də çıxış edir. O, daha əvvəl “Monako” və Fransanın PSJ klublarında oynayıb. PSJ ilə 2020-ci ildə Çempionlar Liqasının finalına yüksəlib.

49 yaşlı Raul isə Avropadakı karyerası ərzində “Real Madrid” və Almaniyanın “Şalke” klublarının formasını geyinib. O, Madrid təmsilçisi ilə üç dəfə – 1998, 2000 və 2002-ci illərdə Çempionlar Liqasının qalibi olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər