Shopping cart

  • Home
  • İdman
  • “Mançester Siti” bir “transfer pəncərəsi”ndə xərclənən vəsaitə görə rekorda imza atıb
İdman

“Mançester Siti” bir “transfer pəncərəsi”ndə xərclənən vəsaitə görə rekorda imza atıb

Email 37

İngiltərənin “Mançester Siti” klubu bir “transfer pəncərəsi” ərzində futbolçu keçidlərinə xərclənən vəsaitə görə rekord müəyyənləşdirib.

“Qasid Media”  “Transfermarkt” portalına istinadən xəbər verir ki, “şəhərlilər” yay transfer dönəmində 526 milyon avro xərcləyiblər.

Bununla da klub 2025-ci ildə 483 milyon avro xərcləyən “Liverpul”un rekordunu yeniləyib.

“Mançester Siti” yayda 9 futbolçu transfer edib. Enzo Fernandes 145 milyon avro, Elliot Anderson 135 milyon avro, Ayub Buaddi isə 95 milyon avroya alınıb.

İliman Ndiayenin transferinə 70 milyon avro, Allana 37,5 milyon avro, Matis Deturbeyə 25 milyon avro, Ceremi Monqaya isə 11,7 milyon avro ödənilib.

Qapıçılar Xeronimo Rulli və Pirs Çarlzın hər biri 3,5 milyon avroya heyətə cəlb olunub.

Qeyd edək ki, Enzo Fernandes “Mançester Siti” tarixinin ən bahalı transferidir. Bu keçid həmçinin futbol tarixinin ən bahalı 5 transferindən biri hesab olunur.

“Mançester Siti” İngiltərə Premyer Liqasında iki turdan sonra 6 xalla liderdir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər