Shopping cart

  • Home
  • Hadisə
  • Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Hadisə

Lənkəranda ova gedən kişinin meyiti tapılıb

Email 6

Lənkəran rayonunda ova gedən 64 yaşlı kişinin meyiti aşkarlanıb.

“Qasid Media”nın məlumatına görə, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Müəyyən edilib ki, qamışlıqda tapılan cansız bədən 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevə məxsusdur.

İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb.

Meyitə baxış zamanı baş nahiyəsində xəsarət aşkarlanıb.

Meyit daxili və xarici müayinə aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın rəyindən sonra R.Əliyevin ölüm səbəbi məlum olacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər