Shopping cart

  • Home
  • Hadisə
  • Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb
Hadisə

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Email 25

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

“Qasid Media” xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri – 37 yaşlı Maxruq Əliyeva ,16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər