Shopping cart

  • Home
  • İdman
  • Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışa qatılıb
İdman

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışa qatılıb

Email 27

Azərbaycanın kişi cüdoçulardan ibarət millisi Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də iştirak edirlər.

Toplanış çərçivəsində idmançıların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin cüdoçularının iştirakı ilə randori sessiyaları təşkil olunur.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı milli komandanın qarşıdakı mühüm yarışlara – Macarıstandakı “Böyük Dəbilqə” turnirinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər