Shopping cart

  • Home
  • Dünya
  • İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib
Dünya

İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib

Email 56

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildiyini açıqlayıb.

“Qasid Media” bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Nazirin sözlərinə görə, yağıntılar nəticəsində bir nəfər elektrik cərəyanının vurması nəticsində, iki nəfər isə boğularaq ölüb.

M. Çiftçi qeyd edib ki, İstanbul üzrə 3 055 nəfər Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Sahil Mühafizəsi, jandarm və bələdiyyə əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində xilas edilib.

“Hazırda İstanbulda beş, Kocaelidə isə bir nəfərin axtarışları davam etdirilir”, – nazir qeyd edib.

Xatırladaq ki, Türkiyədə iki gündür yağan aramsız yağışlar fəsadlara yol açıb, bir sıra küçə, tunel və yeraltı keçidləri su basıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər