Shopping cart

  • Home
  • İqtisadiyyat
  • İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib
İqtisadiyyat

İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib

Email 43

Prezident İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli sərəncamı ilə İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Osman Xaliyev kollektivə təqdim edilib.

“Qasid Media” Fonda istinadən xəbər verir ki, təqdimatı Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov edib.

O, fəaliyyətlərini şəffaf və müasir idarəetmə səviyyələrində qurmaqla əhalinin mənzillərə əlçatanlığının artırılması istiqamətində işlərin təkmilləşdirilməsi ilə əlaqədar dövlət başçısının tapşırıq və tövsiyələrini çatdıraraq yeni rəhbərliyə və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər