Shopping cart

  • Home
  • Gündəm
  • İddia: Ramiz Mehdiyevə aid olduğu deyilən villa satışa çıxarılıb
Gündəm

İddia: Ramiz Mehdiyevə aid olduğu deyilən villa satışa çıxarılıb

Email 31

Sosial şəbəkələrdə Ramiz Mehdiyevə məxsus olduğu iddia edilən bağ evinin satışa çıxarılması ilə bağlı məlumat yayılıb.

“Qasid Media” xəbər verir ki, iddialara görə, hazırda Ucar Rayon İcra Hakimiyyətinin başçısı olan Ziya Məmmədovun xalası oğlu Mansur Məmmədov tərəfindən tikildiyi bildirilən və Ramiz Mehdiyevə aid olduğu deyilən yay evi Göyçay rayonunun Potu kəndində yerləşir. Məlumata əsasən, əmlak 22 hektar ərazini əhatə edir.

Yayılan iddialarda qeyd olunur ki, vaxtilə Ramiz Mehdiyev həmin bağ evinə helikopterlə gedib-gəlib. Hazırda baxımsız vəziyyətdə olduğu bildirilən mülkün TikTok sosial şəbəkəsində fəaliyyət göstərən əmlak səhifələrindən birində satışa çıxarıldığı iddia edilir.

Qeyd edək ki, sözügedən məlumatlarla bağlı rəsmi qurumlar və adıçəkilən şəxslər tərəfindən hər hansı açıqlama verilməyib. Qeyd olunan iddiaların müstəqil şəkildə təsdiqləndiyi barədə məlumat yoxdur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər