Shopping cart

  • Home
  • Hadisə
  • Gəncədə qidadan zəhərləndiyi ehtimal olunan şəxslərdən birinin vəziyyəti ağırdır 
Gündəm

Gəncədə qidadan zəhərləndiyi ehtimal olunan şəxslərdən birinin vəziyyəti ağırdır 

Email 30

Gəncədə ikisi azyaşlı olmaqla zəhərlənən beş nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə – Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.

“Qasid Media” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, dörd nəfərin vəziyyəti stabil, birinin isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, bu, Gəncədə son üç gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər