Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 % artırıb
İqtisadiyyat

Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 % artırıb

Email 11

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 234,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

“Qasid Media” xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 23 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə avqustda isə Gürcüstan Azərbaycandan 27,3 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 1,8 % azdır.

Bu ilin ilk 8 ayı ərzində Gürcüstan xarici ölkələrdən 1 milyard 864 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 55,6 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 796 milyon ABŞ dolları, Türkiyədən 191 milyonABŞ dolları, Rumıniyadan 155 milyon ABŞ dolları, Bolqarıstandan 110 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyonABŞ dolları Azərbaycanın payına düşüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər