Email 29
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
“Qasid Media”nıb xəbərinə görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.
İlkin məlumata görə, “Kia” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.










