Shopping cart

  • Home
  • Gündəm
  • Fransada 300-dən çox məktəbdə etiraz aksiyaları keçirilir, 40 nəfər saxlanılıb 
Gündəm

Fransada 300-dən çox məktəbdə etiraz aksiyaları keçirilir, 40 nəfər saxlanılıb 

Email 25

Fransada şagirdlərin iştirakı ilə 316 məktəbdə etiraz aksiyaları və ya iğtişaşlar baş verir.

“Qasid Media” xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Təhsil Nazirliyinin məlumatına istinadən bildirir.

“Günortaya qədər 40 orta məktəb tamamilə bloklanıb, daha 44 məktəbdə isə buna cəhd edilib. Bütün Fransa ərazisindəki orta məktəblərdə keçirilən aksiyalar nəticəsində 40 nəfər həbs edilib. Ən azı 10 nəfər, o cümlədən şagirdlər və məktəb işçiləri yaralanıb”, – məlumatda bildirilir.

Milli Orta Məktəb Müəllimləri Həmkarlar İttifaqının məlumatına görə, bütün Fransa üzrə məktəb işçilərinin 38 %-i tətildə iştirak edir. Aksiyalara müəllimlər, məktəb məsləhətçiləri, psixoloqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim köməkçiləri və təhsil sahəsindəki digər mütəxəssislər qoşulub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər