Shopping cart

  • Home
  • Dünya
  • Fransa İslam Fondu bağlanma təhlükəsi ilə üzləşib
Dünya

Fransa İslam Fondu bağlanma təhlükəsi ilə üzləşib

Email 39

Fransa İslam Fondu (FIF) ölkənin Daxili İşlər Nazirliyinin qərarı ilə ictimai faydalı təşkilat statusundan məhrum edilib.

“Qasid Media”nın məlumatına görə, nazirliyin qərarı avqustun 13-də ölkənin rəsmi bülletenində dərc olunub.

Bu, fonda dövlət maliyyə dəstəyinin dayandırılmasına səbəb olub ki, nəticədə onun gələcək mövcudluğu üçün təhlükə yaranıb.

Status fondun təxminən 1,5 milyon avro məbləğində maliyyə bazasını və onun Direktorlar Şurasında dövlətin iştirakını təmin edirdi. 2024-cü ildə təşkilatın nümayəndələri əlavə vəsait olmadan onun öz fəaliyyətini dayandıra biləcəyi barədə xəbərdarlıq etmişdilər.

2018-ci ildən fonda rəhbərlik edən Qalib Benşeyx AFP-yə bildirib ki, maliyyələşmənin azaldılması, daha sonra isə dayandırılması faktiki olaraq təşkilatı bu vəziyyətə gətirib çıxarıb. Onun sözlərinə görə, fond artıq uzun müddətdir ki, maliyyə çətinlikləri yaşayır və ləğv edilə bilər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər