Shopping cart

  • Home
  • Gündəm
  • Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
Gündəm

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Email 7

Türkiyə həm bölgə baxımından strateji əhəmiyyətli, həm də Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir.

“Qasid Media” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da yayımlanan “Newsweek” jurnalının suallarını cavablandırarkən söyləyib.

O bildirib ki, Türkiyə, Asiya ilə Avropanı bir-birinə bağlayan Xəzər Keçidli Şərq-Qərb Orta Dəhlizinin qlobal logistika və ticarətdə daha böyük rol üzərinə götürməsini önəmsəyir:

“Eyni zamanda Bəsrə Körfəzini Türkiyə və Türkiyə üzərindən Avropaya bağlayacaq olan İnkişaf Yolu Layihəsini İraqla birlikdə həyata keçirir, bir tərəfdən də Suriya, İordaniya və Səudiyyə Ərəbistanına yeni bir dəmir yolu və avtomobil yolu bağlantısı baxışını ortaya qoyur”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər