Shopping cart

  • Home
  • İdman
  • Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri komanda hesabında ikinci olublar
İdman

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri komanda hesabında ikinci olublar

Email 26

Azərbaycanın yunan-Roma güləşçiləri Bakıda keçirilən U-17 dünya çempionatını ikinci sırada başa vurublar.

“Qasid Media” xəbər verir ki, Azərbaycan millisi komanda hesabında 107 xalla ikinci yeri tutub.

Rusiya 127 xalla mundialı birinci, İran isə 96 xalla üçüncü pillədə başa vurub.

Azərbaycanın klassikləri turniri ümumilikdə 6 medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər